“Real”dan 35 milyon avroluq transfer
27.08.2012 - 15:17
Madridin “Real” komandası Xorvatiya yığmasının futbolçusu Luka Modriçin keçidini həll edib. Apasport.az saytının məlumatına görə, son İspaniya çempionu 26 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi İngiltərənin “Tottenhem” komandası ilə transferi razılaşdırıb. “Real”ın rəsmi saytı Modriçlə bu gün 5 illik müqavilə bağlayacaqlarını açıqlayıb.
Tərəflər uzun müddət ortaq məxrəcə gələ bilmirdilər. İlk olaraq ingilislər yarımmüdafiəçiyə görə 40 milyon avro tələb edirdilər. Madrid təmsilçisi bununla razılaşmasa da, baş məşqçisi Joze Mourinyo onun alınmasını təkid edirdi. O, son Avropa çempionatında uğurlu çıxışı ilə diqqət çəkən Lukanın keçidinə nail olub.
Futbolçunun transfer məbləği 34 milyon avro təşkil edib. Bu məbləğ Lukanın yeni klubunda cari mövsümdə uğurlarından asılı olaraq arta bilər. O, “Real”da 16 nömrəli formanı geyəcək.
Qeyd edək ki, Modriç ötən mövsüm “Tottenhem”in heyətində Premyer Liqada 36 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib. 2006 və 2007-ci illərdə Zaqreb “Dinamo”sunun heyətində ölkə çempionluğu, Superkubokunu qazanan yarımmüdafiəçi 2008-ci ildə FİFA-nın versiyasına görə Avropa çempionatının rəmzi yığmasına düşüb.

0
0