Portuqaliya Azərbaycanla oyuna debütantları çağırdı
27.08.2012 - 17:01
Portuqaliya milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə rəsmi oyuna çağırılan 6 futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Paulu Bentunun İspaniya Primerosunda çıxış edən “Valensiya” və “Deportivo” klublarının futbolçularını millimizlə sentyabrın 11-də evdəki matça dəvət etdiyi açıqlanıb.
“Valensiya”dan Rikardo Koşta ilə Joao Pereyra təcrübəli müdafiəçilərdir və son Avropa çempionatının final mərhələsində yığmada olublar. Müəyyən fasilədən sonra yüksək liqaya qayıdan “Deportivo”dan isə yarımmüdafiəçi Andre Santos, hücumçular Pizzi, Nelson Oliveyra və Bruno Qama dəvət alıb.
Bunlardan Pizzi ilə Qama debütantdırlar və gənclər yığmasından cəlb olunublar. Müqavilə ilə “Benfika”ya məxsus olan Nelson “Deportivo”da icarə əsasında oynayır və final mərhələsində iştirak edib. Eyni sözləri Santos haqda da demək olar. “Beşiktaş”ın yarımmüdafiəçisi Rikardo Kuaresmanın isə millimizlə oyuna çağırıldığı bir müddət öncə məlum olmuşdu.
Qeyd edək ki, Bentu fərqli millimizin baş məşqçisi Berti Foqts Portuqaliya ilə oyuna heyəti açıqlayaraq, 30 futbolçuya dəvət göndərib. Onun portuqaliyalı həmkarı siyahını avqustun 31-də açıqlayacaq.

- Əl-Xelaifi FIFA prezidentliyinə namizəd olacaq? – İnfantinoya rəqib axtarılır
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
- "Yuventus"dan 33 milyonluq transfer – "Çelsi"ni qabaqladı
- Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi – “Belə atmosfer görməmişdim”
- “Qarabağ”, “Neftçi”, "Zirə" və "Beşiktaş"ın oyunları bu kanallarda - AFİŞA
0
0