“Qəbələ”yə tarix yazmaq üçün gəlmişəm”
27.08.2012 - 18:04
“Qəbələ”yə tarix yazmaq üçün gəlmişəm”
“Gərgin oyun alındı. Matça istədiyimiz kimi başlaya bilməsək də, sonradan üstünlüyü ələ keçirməyi bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Lorival Assis deyib.

Premyer Liqanın IV turunun “Sumqayıt”la oyununda 4 məhsuldar ötürmə ilə 4:1 hesablı qələbədə pay sahibi olan legioner matç haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Təzyiqimiz öz bəhrəsini verdi və böyükhesablı qələbə qazandıq. Qələbədə pay sahibi olduğum üçün özümü xoşbəxt hiss edirəm. Gələcək oyunlarda daha yaxşı olacaq. Mən daha əvvəl də demişdim – “Qəbələ”yə tarix yazmaq üçün gəlmişəm. Bunun öhdəsindən gələcəyimə inanıram”.