“Hapoel”in arzusu puç oldu, “Udineze” penaltilərdə uduzdu
29.08.2012 - 01:23
“Hapoel”in arzusu puç oldu, “Udineze” penaltilərdə uduzdu
Çempionlar Liqasında IV təsnifat mərhələsinin cavab görüşləri start götürüb. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 5 matç baş tutub.

Bu qarşılaşmalardan sonra qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum olub. “Anderlext”, BATE, “Braqa”, Zaqreb “Dinamo”su və “Malaqa” istəyinə çatıb.

Bu komandalardan yalnız “Anderlext” ilk oyundakı məğlubiyyətin əvəzini çıxmaqla buna nail olub. “Braqa” səfər matçından sonrakı penaltilər seriyasında sevinən tərəf olub. Digər 3 komanda isə ilk oyundakı qələbəni qoruya bilib.

Azərbaycan çempionu “Neftçi”ni mübarizədən kənarlaşdıran İsrail “Hapoel”i isə Avropa Liqasının qrupuna yollanan 5 uğursuz arasında olub. Öz meydanında BATE-ni qəbul edən israillilər Belarus çempionunu məğlub edə bilməyib. İlk matçdakı qələbə də BATE-ni qrupa çıxarıb.


28 avqust
Çempionlar Liqası

IV təsnifat mərhələsi, cavab oyunları

"Hapoel" (Kiryat Şmona, İsrail) - BATE (Belarus) - 1:1
İlk oyun - 0:2

"Anderlext" (Belçika) - AEL (Kipr) - 2:0
İlk oyun - 1:2

"Udineze" (İtaliya) - "Braqa" (Portuqaliya) - 1:1 Penaltilərlə 4:5
İlk oyun - 1:1

"Maribor" (Sloveniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1
İlk oyun - 1:2

"Panatinaikos" (Yunanıstan) - "Malaqa" (İspaniya) - 0:0
İlk oyun - 0:2