“Ştutqart” qrupa düşdü
28.08.2012 - 21:50
“Ştutqart” qrupa düşdü
Bu gün Avropa Liqasında IV təsnifat mərhələsinin cavab görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, baş tutan yeganə oyun Moskvada keçirilib. Rusiya paytaxtının ən köklü klublarından olan “Dinamo” Almaniya “Ştutqart”ını qəbul edib.

Bir həftə öncəki qarşılaşmada meydanı 2:0 hesablı üstünlüklə tərk edən almanlar yenə qələbəyə yaxın olub. Amma Moskva təmsilçisi son dəqiqələrdə bərabərlik qolunu vuraraq, məğlubiyyətdən qaçıblar. Bununla belə, “Ştutqart” iki matçın nəticəsinə görə, avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Mərhələnin digər oyunları avqustun 30-da baş tutacaq. Həmin gün Azərbaycan çempionu “Neftçi” Kiprdə APOEL-in qonağı olacaq.

Avropa Liqası
IV təsnifat mərhələsi, cavab oyunu


21:00. “Dinamo” (Moskva, Rusiya) – “Ştutqart” (Almaniya) - 1:1
İlk oyun – 0:2