“Kəpəz” yazılanları pozur
28.08.2012 - 11:35
“Kəpəz” klubunun əvəzedici heyəti cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi Azərbaycan çempionatının IV turunun “Bakı” ilə oyununda qərblilərə 0:3 hesablı texniki məğlubiyyət verib.
Buna səbəb limitin pozulması olub. Belə ki, qaydalara əsasən meydanda olan futbolçular yaş limitinə uyğun olmalıdır. Lakin 89-cu dəqiqədə meydana girən Elçin Məsiyevin Ravil Müslümovu əvəzləməsi ilə qayda pozulub. Buna görə də Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ləğv olunub.
Qeyd edək ki, Türkiyə Superliqasının ötən turunda məşhur “Qalatasaray”da limiti pozmuşdu. İstanbulluların legioner limitini oyunun gedişində pozması cəzasız qalmışdı.

0
0