Azərbaycan – Zambiya oyunu Bayılda keçiriləcək
28.08.2012 - 16:03
Azərbaycan – Zambiya oyunu Bayılda keçiriləcək
Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandasının (U-17) Zambiyanın U-17-si ilə yoldaşlıq görüşünü keçirəcəyi stadion və oyunun vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, matç sentyabrın 3-də saat 20:00-da Bayıl stadionunda keçiriləcək. Bununla da ölkəmizdə sentyabrın 22-dən oktyabrın 13-dək keçiriləcək dünya çempionatını da qəbul edəcək həmin qəsəbə stadionunda yenidənqurma işlərindən sonra ilk oyun olacaq.

Zambiya yığmasının rəqib seçilməsinin səbəbi də açıqlanıb. Belə ki, bu, dünya çempionatında yığmamızın rəqiblərindən birinin Afrika təmsilçisi – Nigeriya yığmasının olmasıdır.

Qeyd edək ki, A qrupunda mübarizə aparacaq yığmamızın digər rəqibləri Kolumbiya və Kanada milliləridir.