“Qalatasaray”ın sabiq futbolçusu: Kroyff qadın olsaydı, onunla evlənərdim
28.08.2012 - 18:55
“Qalatasaray”ın sabiq futbolçusu George Popesku verdiyi qeyri-adi açıqlama ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, rumıniyalı veteran müdafiəçi 1995-97-ci illərdə “Barselona”da baş məşqçisi olduğu Yohan Kroyffdan ağız dolusu razılıq edib.
Zarafatından qalmayan Popesku hətta bildirib ki, hollandiyalı məşqçi əks cinsdən olsaydı, onunla ailə həyatı qurmağa hazır imiş: “Hesab edirəm ki, Kroyff işlədiyim məşqçilər arasında ən yaxşısı olub. O, “Barselona”da kapitanlıq sarğısını əfsanəvi Gilyermo Amordan alaraq, mənə, yəni komandaya yenicə gələn futbolçuya verdi. Heç kim nə baş verdiyini başa düşmürdü. Hətta mən də anlamırdım. Ancaq həddən artıq qürurlu idim. Əgər Kroyff qadın olsaydı, onunla evlənmək istərdim”.
Qeyd edək ki, Popesku “Barselona”dan sonra oynadığı “Qalatasaray”la 2000-ci ildə UEFA kubokunu qazanıb.

0
0