“70 dəqiqə başabaş mübarizə apardıq”
29.08.2012 - 08:37
“70 dəqiqə başabaş mübarizə apardıq”
“İrlandiya yığması bu il qarşılaşdığımız rəqiblər arasında ən güclüsü idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov deyib.

O, İrlandiya yığması ilə yoldaşlıq oyunundakı 0:3 hesablı məğlubiyyəti rəqibin fiziki hazırlığı ilə izah edib: “Oyunun əvvəlində penaltidən qol buraxmağımıza baxmayaraq, 70 dəqiqə başabaş mübarizə apardıq. Çox sürətli oyun oldu. Əldə etdiyimiz imkanlardan istifadə edə bilmədik. Rəqibin fiziki cəhətdən güclü olması isə son dəqiqələrdə qapımızdan daha iki qol buraxmağımıza səbəb oldu. Ümumilikdə, düşünürəm ki, hesab oyuna görə olmadı”.