“O komandaya layiqli məğlubiyyət pis sayılmaz”
29.08.2012 - 10:25
“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Premyer Liqanın 4 turu arxada qalıb. Komandanız fasiləyə lider kimi yollandı. Bu 4 turu necə dəyərləndirirsiniz?
- Deyərdim ki, çempionata yaxşı başladıq. Belə olmasaydı, 1-ci pillədə qərarlaşmazdıq. Özü də 3 oyunumuz çətin alınıb. “İnter”, “Neftçi” və “Rəvan” kimi komandalarla oynamışıq. Ötən mövsüm uda bilmədiyimiz “Sumqayıt”la matç nisbətən asan keçdi. Lakin həmin görüşə də yaxşı hazırlaşmışdıq.
- İlk 4 oyunda qazanılan 8 xal qənaətbəxş nəticədir?
- Yaxşıdır. Əlbəttə ki, 9, 10 daha yaxşı olardı. Lakin turnir cədvəlinə baxanda görmək olar ki, hamı xal itirib.
- Uzun fasilədən sonra klubda kapitan oldunuz. “Neftçi”dən ilk gedişinizdə sarğını Zaur Tağızadəyə vermişdiniz. Qayıdandan sonra nə “Neftçi”, nə də “Qarabağ”da bu sarğını götürmüşdünüz...
- Həmin vaxt qayıdanda kapitanlığı təklif etdilər. Lakin imtina etmişdim. Elə “Qarabağ”da da Aslan Kərimovun gedişindən sonra kapitan sarğısı mənə təklif olundu. Amma komandaya yeni gəldiyimdən imtina etdim. Mənə elə gəlir ki, komandada bu kluba illərini verən futbolçu kapitan olmalıdır. Həmin vaxt Fərhad Vəliyev oldu, sonra Rəşad Sadiqov. Namiq Yusifov da kapitan kimi işin öhdəsindən gəlirdi. Rəşad komandadan getdiyindən, Fərhad isə heyətə düşməkdə çətinlik çəkdiyindən bu dəfə kapitan olmağa razılaşdım. Həm də baş məşqçimiz Qurban Qurbanov tələb etdi ki, təcrübəli futbolçu kapitan olsun. Artıq neçə ildir klubda oynadığımdan kapitan olmağa razılıq verdim.
- “Transfer pəncərəsi”nin sonuna kimi yeni oyunçuya ehtiyacınız varmı?
- Var. Biz də görürük ki, rəhbərlik transfer istəyir. Lakin hələ axtardığını, bizə lazım olanı tapmayıblar. Düşünürəm ki, 2 transfer olmalıdır. Bu az müddətdə bunlardan ən azı 1-i reallaşacaq.
- İndiki transferlərdən razısınız?
- Hamısı yaxşı təsir bağışlayır. Qapıçımız yaxşı çıxış edir. Elnur Abdulova isə bir az vaxt lazımdır. Digərləri haqda da yaxşı danışmaq olar. İndi 1 transfer etsək, 1-ni də qışda reallaşdırarıq.
- Rauf Əliyevin komandadan ayrılmaq üzrə olması, lakin sonda “Qarabağ”da qalmasına münasibətiniz necədir?
- Futbolda belə şeylər olur. Oyunçu 1 klubla danışıqlar aparır, amma hansısa şərtlə razılaşmırlar.
- Bu, “Qarabağ” üçün itki olardı...
- Hər bir futbolçunun gedişi komanda üçün itkidir. Rauf da yaxşı oyunçudur. Ümumiyyətlə, mən yerli futbolçuların öz klublarımıza transferinin əleyhinəyəm. Rauf kimi oyunçularımız Azərbaycanda deyil, xarici klublara transfer olunub legioner həyatı yaşamalıdır.
- Cavid Hüseynovla Rail Məlikovun Türkiyəyə transferindən nə gözləyirsiniz?
- Onların hər ikisi potensiallı futbolçudur. Türkiyədə oynamaq iqtidarındadırlar. Amma klubdan da çox şey asılıdır. Komandanın nəticələri uğurlu olmalıdır. Yoxsa ki, legioner nə qədər yaxşı oynasa da, komanda nəticə vermədiyi halda bu gözə görünmür.
- Artıq millinin təlim-məşq toplanışı start götürüb. Qarşıda İsrail və Portuqaliya ilə qarşılaşmalar var. Bu matçlar haqda nə düşünürsünüz?
- Ayın 7-də İsraillə oynayacağıq. Bu, bizim ən vacib oyunumuzdur. Mərhələnin ilk matçında qələbə qazanmağa, ən azı məğlub olmamağa çalışacağıq. Yarışa xalla başlasaq ardı da yaxşı olacaq. Hazırda yalnız bu matç haqda düşünürük ki, istəyimizə çataq.
- Bəs Portuqaliya?
- Hazırda yalnız İsraili düşünürük. Portuqaliya elə rəqibdir ki, onlara layiqli məğlubiyyət də pis sayılmaz.
- Həmin oyun sizin yığmada 80-ci matçınız olacaq. Bununla Aslan Kərimovun rekordunu təkrarlayacaqsınız. Hərçənd bu məsələ haqda çox yanlış məlumatlar yayılmışdı...
- Yığmadakı oyun sayımı gah 75 yazırlar, gah 78, gah başqa rəqəm.
- Dünən bununla bağlı saytımızda araşdırma yazı gedib...
- Təlim-məşq toplanışına yığışdığımızdan hələ internetə baxmağa vaxtım olmayıb. Həmin yazı ilə də tanış olmamışam.
- Əsas səhv 2009-cu illə bağlıdır. Həmin vaxt Avropa liqasında sonra 1 müddət yığmada da oynamadınız. Lakin həmin matçlarda çıxış edən Rəşad Sadiqovun matçları sizin hesabınıza yazılıb. Siz 5, adaşınız 6 oyun keçirsə də bütün matçlar sizə yazılıb – 11 oyun...
- Həmin vaxt oynamırdım. Seçmə mərhələnin də 4 oyununu buraxmalı oldum. Deməli, indi 78-dir də. Onda Portuqaliyada 80-ci oyunumu keçirərəm.

0
0