APOEL-in futbolçusu: Meydanda istədiyimizi edəcəyik
29.08.2012 - 10:41
“Zədə səbəbindən Bakıdakı qarşılaşmada meydana çıxa bilmədim. Ancaq çox şadam ki, komandamız səfərdən sərfəli nəticə - 1:1 hesabı ilə qayıtdı. Məqsədimiz ev oyununda həmin uğurun davamını gətirməkdir”. Apasport.az saytının xəbərinə görə, bunu Avropa Liqasının IV təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan APOEL klubunun futbolçusu Qustavo Manduka deyib.
Braziliyalı futbolçu “ağ-qaralar”la cavab oyunu öncəsi Kipr mətbuatına müsahibə verib. O bildirib ki, komandası mərhələ keçmək gücündədir: “Cavab matçında ilk “11-lik”də meydana çıxacağıma inanmıram. Bununla belə, baş məşqçi mənə sonradan şans verə bilər. Fikrimcə, hər şey özümüzdən asılıdır. Biz “Neftçi”yə oynamaq imkanı verməməliyik. Topa nəzarəti ələ alsaq, meydanda istədiyimizi edəcəyik”.
Qeyd edək ki, APOEL – “Neftçi” qarşılaşması sabah, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

0
0