“Azərbaycanla oyuna görə xoşbəxtəm”
29.08.2012 - 10:51
“Azərbaycanla oyuna görə xoşbəxtəm”
“Bizim üçün möhtəşəm gecə idi. Yetirmələrim yaxşı oynadılar. Mövsümün yeni başlamasına baxmayaraq, layiqli oyun üslubu nümayiş etdirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri İrlandiyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Tom Moqan deyib.

Azərbaycan yığması ilə oyunda 3:0 hesabı ilə qalib gələn ada təmsilçisinin çalışdırıcısı nəticədən məmnun qalıb: “Futbolçularımızın bəziləri hələ komandaya tam uyğunlaşmayıb. Bu isə o deməkdir ki, bundan da yaxşı oynaya bilərik. Azərbaycanla qarşılaşmada yaxşı tempdə oynadıq. Qolların vurulmasını izləmək həmişə xoşdur. Belə oyuna görə mən xoşbəxtəm. Yaxşı konsentrasiya olmuşduq, bu da nəticədə öz əksini tapdı”.