Rail Məlikov Türkiyədə problemlə üzləşdi
29.08.2012 - 12:15
Rail Məlikov Türkiyədə problemlə üzləşdi
2 gün öncə “Dənizlispor”la rəsmi müqaviləyə bağlayan həmyerlimiz Rail Məlikov bu komandada oynamamaq təhlükəsi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, buna səbəb Türkiyə Futbol Federasiyasının (TFF) Dənizli təmsilçisinə futbolçu almaq qadağası qoymasıdır.

Belə ki, 2010/2011 mövsümündə Sərdar Elyilikin pulunu ödəməyən “Dənizlispor” sabiq üzvünü razı saldıqdan sonra TFF qərarını dəyişə bilər. Bu səbəbdən də yerli futbol qurumu komandanın Raillə yanaşı, 7 yeni oyunçusuna lisenziya verməyəcəyini bildirib.

Lakin “Dənizlispor”un prezidenti Süleyman Urkay bu problemin tezliklə yoluna qoyulacağını açıqlayıb.