Rumıniya kubokunda qeyri-adi nəticə
29.08.2012 - 13:02
Rumıniya kubokunun IV mərhələsində qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Berçeni” və “Buftea” klublarının oyununda nadir futbol hesabı qeydə alınıb.
Belə ki, III liqada mübarizə aparan “Berçeni” II dəstə təmsilçisi olan rəqibini meydana çıxmağa peşman edib – 31:0. İlk yarıda 12 qol vuran meydan sahibləri fasilədən sonra daha da coşublar.
Hesabın belə olması “Buftea” futbolçularının oyuna çıxmaqdan imtina etməsi ilə bağlıdır. II liqa təmsilçisi bu üzdən matça 18-19 yaşlılardan ibarət oyunçuları ilə çıxıb.
Oyundan sonra “Berçeni”nin prezidenti Ştefan Stana matç haqda fikirlərini açıqlayıb: “Biz II liqa komandası ilə oyuna hazırlaşmışdıq. Onların əsas heyətinin meydana çıxmaması bizim günahımız deyil. İndi mən özüm hesabı dilimə gətirməyə xəcalət çəkirəm”.

0
0