“Neftçi” “Hilton Park Nikosia”da
29.08.2012 - 13:32
“Neftçi” Avroliqanın son təsnifat mərhələsi çərçivəsində APOEL-lə cavab oyununu keçirmək üçün bu gün Kiprə yollanıb. Apasport.az saytının Kiprə ezam olunmuş əməkdaşının məlumatına görə, avrokuboklarda qalan yeganə təmsilçimiz bu gün saat 09:00-da çarter reysi ilə səfərə çıxıb.
Nümayəndə heyətini aparan təyyarə 2 saat 50 dəqiqəlik məsafəni qət edərək, Larnaka şəhərindəki beynəlxalq hava limanına enib. Orada viza məsələlərinin həllini bir müddət gözlədikdən sonra bizlər üçün nəzərdə tutulan avtobusla 50 dəqiqəyə matçın keçiriləcəyi Nikosiya şəhərinə yetişdik. “Neftçi” burada beş ulduzlu “Hilton Park Nikosia” otelində qərarlaşıb.
Hazırda Kipr paytaxtında havanın temperaturu 30 dərəcədir.
Bakılılar bu gün yerli vaxtla saat 20:00-da (Bakı vaxtilə 22:00-da) məşqə çıxacaq. Bundan 30 dəqiqə əvvəl isə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, təmsilçimiz evdə 1:1 hesablı bərabərliyə qaldığı APOEL-lə cavab oyununu sabah Bakı vaxtilə saat 22:00-da keçirəcək.
Mehman SÜLEYMANOV
Nikosiya

0
0