Nazim Süleymanov “Neftçi”ni yenə tək qoymadı
29.08.2012 - 13:50
Azərbaycan millisinin məşqçisi Nazim Süleymanov Kiprə yollanıb. Apasport.az saytının bu ölkəyə ezam olunmuş əməkdaşının məlumatına görə, təcrübəli mütəxəssis “Neftçi”nin Avroliqanın son təsnifat mərhələsində APOEL-lə cavab oyununu izləmək üçün bu gün komandamızla birgə səfərə çıxıb. Həmin matç sabah paytaxt Nikosiyada Bakı vaxtilə saat 22:00-da keçiriləcək.
“Neftçi”nin kiprlilərlə 1:1 hesablı heç-heçə etdiyi matçı keçirildiyi “Dalğa Arena”dan izləyən Süleymanov bu dəfə səfər matçında stadionda olacaq . O, millimizin almaniyalı baş məşqçisi Berti Foqtsun tapşırığına əsasən avrokuboklarda qalan yeganə təmsilçimizin rəqib meydanında oyununu izləməyə yollanıb. Bu səbəbdən 47 yaşlı məşqçi yığmamızdan bir müddət ayrı düşərək, avqustun 31-də “Neftçi” ilə birgə vətənə dönəcək və sentyabrın 1-dən hazırlığa qoşulacaq.
Milliyə namizədləri izləyən Süleymanov əsas diqqəti İsrail və Portuqaliya yığmaları ilə rəsmi oyunlara çağırılan “Neftçi”nin son transferi, sağ cinah müdafiəçisi Mahir Şükürova yönəldəcək.
Qeyd edək ki, milli komandamız 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də İsraillə ev, 11-də Portuqaliya ilə səfər matçına hazırlıq məqsədilə avqustun 28-də Bakıda bir araya gəlib.
Mehman SÜLEYMANOV
Nikosiya

0
0