İctimai Televiziyadan “het-trik”
29.08.2012 - 15:59
İctimai Televiziyadan “het-trik”
İctimai Televiziya 7-ci ildönümü ərəfəsində “het-trik”ə imza atıb. Telekanaldan apasport.az saytına verilən məlumata görə, şirkət futbol üzrə növbəti 3 dünya çempionatının eksklüziv yayım hüququna yiyələnib.

2014-cü ildə Braziliyada, 2018-ci ildə Rusiyada və 2022-ci ildə Qətərdə təşkil olunacaq mundialların oyunları Azərbaycanda yalnız İctimai Televiziya vasitəsilə ekranlara gələcək. Eyni zamanda hər mundialdan bir il öncə eyni ölkələrdə təşkil olunacaq Konfederasiyalar Kuboku da bu telekanal vasitəsilə yayımlanacaq.

Qeyd edək ki, İctimai Televiziya daha öncə 2012-ci il London Yay Olimpiya Oyunlarını yayımlayıb. Telekanal 2014-cü il Soçi Qış və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının da eksklüziv yayım hüququna malikdir.