Millimizin məğlubiyyətini gördü, Superkuboka təyinat aldı
29.08.2012 - 16:21
Millimizin məğlubiyyətini gördü, Superkuboka təyinat aldı
UEFA Superkubokunu idarə edəcək hakim müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sabah “Çelsi” (İngiltərə) və “Atletiko” (İspaniya) arasında baş tutacaq qarşılaşma sloveniyalı Damir Skominaya tapşırılıb.

Çempionlar Liqası və Avropa Liqasının son qaliblərinin Monakodakı görüşündə sloveniyalıya Primor Arxar, Matey Juniç, Boyan Ulu kömək edəcək. Qapı arxasında duracaq hakimlər isə Matey Yuq və Slavko Vinçiç olacaq.

Zəngin karyeraya malik Skomina Avro-2012-də də iş başında olub. Sloveniyalı 2007-ci ildə Azərbaycan futbolçuları ilə də üz-üzə gəlib. U-19 yığmamızın Ukraynaya 0:3 hesabı ilə uduzduğu matçda məhz Skomina fit çalıb.