“Neftçi”: Ya qələbə, ya məhsuldar heç-heçə
29.08.2012 - 17:13
Sabah Avropa Liqasında IV təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinə son vəsiqələr uğrunda mübarizə aparacaq komandalar arasında Azərbaycan çempionu “Neftçi” də olacaq. Çempionlar Liqasında uğursuzluğa düçar olan təmsilçimiz Kiprdə yerli APOEL-in qonağı olacaq.
Avrokuboklarda çıxışını davam etdirən yeganə komandamız Bakıda məğlub edə bilmədiyi Nikosiya təmsilçisi ilə sınağa çıxacaq. Bakılılar qrupa düşüb tarix yazmaq üçün uduzmamaqla yanaşı, ən azı 1 qol vurmalıdır. Bakıdakı 1:1 hesablı heç-heçədən sonra Böyükağa Hacıyevin yetirmələri ya qalib gəlməlidir, ya da məhsuldar heç-heçə etməlidir. 1:1 hesabı isə matçı əlavə vaxta aparmağa yetərli olacaq.
Son 4 avrokubok matçında qələbəyə həsrət qalan “Neftçi” çətin vəzifənin öhdəsindən gələcəyi halda qrupa düşən ilk komandamız olacaq. Əks halda isə paytaxt futbolçuları Avropa Liqasının IV təsnifat mərhələsində dayanan “Qarabağ” və “Bakı”dan uzağa getməməklə yadda qalacaq.
Avropa Liqası
IV təsnifat mərhələsi, cavab oyunu
22:00. APOEL (Kipr) – “Neftçi” (Azərbaycan)
Baş hakim: Səid Ennjimi
Baş hakimin köməkçiləri: Emmanuel Boisdenghien, Hüseyin Ocak
Dördüncü hakim: Lionel Jaffredo (hamısı Fransa)
Hakim-inspektor: Sokol Jareci (Albaniya)
UEFA nümayəndəsi: Zoran Cvrk (Xorvatiya)
Nikosiya. GSP stadionu
İlk oyun – 1:1

0
0