George Popxadze “Bakı”dan ayrıldı
29.08.2012 - 17:24
George Popxadze “Bakı”dan ayrıldı
“Bakı”nın futbolçusu George Popxadze milli komandasınn düşərgəsinə dəvət olunub. Apasport.az-ın paytaxt təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi dünya çempionatı seçmə oyunları çərçivəsində baş tutacaq Belarus və İspaniya oyunlarında iştirak etmək üçün Gürcüstan yığmasına çağırılıb.

Oyunlar müvafiq olaraq, sentyabrın 7-də və 11-də keçiriləcək.

Qeyd edək ki, Popxadze mövsümün əvvəlində “Bakı”ya transfer olunub.