“Neftçi” - 2 gün uzaqda
29.08.2012 - 23:05
“Neftçi” - 2 gün uzaqda
Bu gün Avropa Liqasının IV təsnifat mərhələsinin cavab oyununu keçirəcək “Neftçi” avrokuboklarda yeni rekordçumuz olacaq. Apasport.az saytının məlumatına görə, Böyükağa Hacıyevin yetirmələri qitə klub turnirlərində ən gec oynayan Azərbaycan təmsilçisi olacaq.

Belə ki, Kiprdə APOEL-in qonağı olacaq “ağ-qaralar”a qədər heç kim avqustun 30-na qədər Avropa macərasını davam etdirməyib. 18 illik avrokuboklar tarixində ən gec keçirilən oyunumuz avqustun 28-də baş tutub.

Bu da 1998-ci ildə “Kəpəz” və Latviya “Dinaburq”u arasında oyun olub. Bu gün “Neftçi” gəncəlilərin rekordunu 2 gün arxada qoyacaq.