Rəşad Sadiqov: Bunu hər dəfə etməyim risklidir - MÜSAHİBƏ
29.08.2012 - 19:05
“Neftçi” klubunun kapitanı Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi
- APOEL-lə cavab oyunu öncəsi fikirləriniz maraqlıdır...
- Səfər matçının çətin keçəcəyi əvvəlcədən hamıya bəllidir. UEFA bayrağı altında keçirilən turnirlərdə asan oyun olmur. Üstəlik, pley-off mərhələsində. Ancaq çalışacağıq ki, Bakıda nümayiş etdirdiyimiz oyunu burda da göstərək. İnanıram ki, elə oynasaq, qələbə qazana bilərik. Çünki evdə doğrudan yaxşı futbol oynadıq və səfərdə də açıq, hücum futbolu oynayıb, qələbə qazanmağa çalışacağıq.
- Açıq futbolu bir qədər riskli saymırsınız? Çünki rəqib Bakıdakı oyunda olduğu kimi, müdafiədəki səhvlərdən yararlanıb, qol vura bilər...
- Düzdür, rəqib bundan yararlana bilər. Ancaq onsuz da arxada dursaq belə bizə mütləq qol vurmaq lazımdır. Buna görə də mənə elə gəlir ki, ilk dəqiqələrdən hücum futbolu oynayacağıq. Ancaq müdafiədə “otursaq” və matç 0:0 hesabı ilə bitərsə, mərhələ adlayan tərəf Kipr komandası olacaq. Buna görə də ən azından 1 qol vurmağımız lazımdır ki, bunun üçün hücum futbolu oynamalıyıq.
- Səfərdə inamsız çıxışımızda rəqibin güclü azarkeş dəstəyinin də böyük rolu olur. Kiprli azarkeşlər bu cəhətdən çılğınlığı ilə xüsusilə seçilirlər. Bu mənada bizə psixoloji cəhətdən çətin olmayacaq ki?
- Yox. İnanmıram ki, futbolçularımızda belə çətinlik olsun. Çünki komanda yoldaşlarımızda beynəlxalq oyun təcrübələri də bir az artıb. Ola bilər ki, azarkeş amili bir az rol oynasın. Ancaq bu, 10-15 dəqiqədən sonra istər-istəməz yaddan çıxır və futbol oynamağı fikirləşirsən. İnşallah, bu oyunda da 10-15 dəqiqədən sonra azarkeş amili futbolçularımızın yadından çıxar və hər kəs öz futbolunu oynayar.
- Mərkəz yarımmüdafiəçisi kimi hücumların qurulmağında əsas iştirak edən futbolçulardan biri sizsiniz. APOEL etibarlı müdafiə xəttinə malik olduğundan az qol buraxır. Bu mənada onların qapısına necə yol tapmaq olar?
- APOEL-in müdafiəsini səfərdə də yarmaq olar. Bakıdakı oyun göstərdi ki, ən azından 4-5 real qol imkanımız oldu. Bu da komandamızın hücum xətti doğrudan da yüksək səviyyədə olmağımızın göstəricisidir. Hər bir rəqibə qarşı 4-5 qol epizodu yaradırsa, inşallah, bu oyunda da rəqibin müdafiəsini yararaq, qol vurmağa çalışacağıq. Düzdür, dediyiniz kimi, rəqibimiz yaxşı müdafiə olunan komandadır. Buna baxmayaraq, qol vurmaq üçün əlimizdən gələni etməliyik.
- Şəxsən siz “Qarabağ”dan sonra “Neftçi”də də kapitanlıq sarğısını daşıyaraq, ardıcıl avrokubok həyəcanını yaşayırsınız. Kapitanlıq isə məsuliyyətinizi artırır.
- Düzdür, məsuliyyət artır və adam istər-istəməz o dərəcədə rahat olmur. Məsuliyyət adamda bir az sıxıntı yaradır. Bəlkə bu amilə görədir. Ancaq getdikcə hər şey yaddan çıxır və kapitan kimi özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam.
- Ümumiyyətlə, Rail Məlikovun gedişindən sonra kapitanlığın sizə veriləcəyini gözləyirdiniz?
- Açığı, gözləyirdim. Çünki belə baxanda, ən çox “Neftçi”də oynayan futbolçu mən idim, 5 il onun şərəfini qorumuşdum. Bu il də doğma komandaya qayıtdım.
- Şansları necə dəyərləndirərdiniz? Belə demək olar, kiprlilər həm evdə oynadıqlarına, həm də səfərdə qollu heç-heçə etdiklərinə görə bir az üstündürlər?
- Düzü, deyərdim ki, şanslar 60-ın 40-a rəqibin xeyrinədir. Çünki APOEL həm adına görə üstündür, həm də öz meydançasında oynayır. Buna baxmayaraq, biz də əlimizi yanımıza salmamalıyıq. İnşallah, qələbə qazanmağa çalışacağıq.
- Penaltilər sizin üçün bu il fərqli olub. “Qarabağ”da oynayanda, “Bakı” ilə kubokun yarımfinalında məhz penaltini dəqiq vurmamağınız oyunun taleyini həll etdi. Bundan sonra “Neftçi”nin heyətində “Zestafoni” ilə Gürcüstandakı cavab oyununda isə penaltidən Pirlo sayağı gözəl qol vurdunuz. Sizcə, bu dəfə cütün taleyi penaltilərə kimi uzanacaqmı və belə olarsa, buna özünüzü nə dərəcədə hazır sayırsınız?
- Açığı, hazıram. Oyunda penalti olsa, vurmağa hazıram. Ola bilər ki, cütün taleyi penaltilərə kimi getsin. Bu, həyatdır, futbolda belə şeylər olur. Bir qol vursaq, 1 top buraxsaq, 2 oyunun nəticəsi eyni olacaq. 1:1 hesabını tam real sayıram. Penaltilər isə doğrudan da lotereya kimi bir şeydir, burada bəxt amili böyük rol oynayır.
- Gürcülərə vurduğunuz penalti nə qədər gözəl olsa da, bir qədər də risklidir. Hər dəfə bundan istifadə etmək olmaz...
- Bəli, hər dəfə bundan istifadə eləməyə dəyməz. Çünki istər-istəməz qapıçılardan hansılarsa çox vaxt həmin epizodlara baxırlar. Buna görə hər dəfə belə etməyim risklidir. Hərdən zərbəni vurmaq üsulunu dəyişmək lazımdır ki, qapıçını aldadasan.
- Kiprdəki oyununuza sizinlə birgə milli komandamızın məşqçisi Nazim Süleymanov da gəlib. Bu, sizin üçün fürsətdir və yaxşı oyununuzla onun diqqətini çəkib, yığmaya qayıda bilərsiniz...
- Açığı, milliyə dəvət almaq üçün özümüzü yaxşı tərəfdən göstərməyə çalışırıq. Hamı bunu milli komandaya düşmək üçün edir. Amma yığmanın növbəti seçmə mərhələdə millinin 2 oyununa heyət açıqlanıb və orada adım yoxdur. Buna görə də İsrail və Portuqaliya ilə matçlara çağırılmağım real deyil. İnanmıram ki, bundan sonra heyətdə dəyişiklik edilsin, çağırılım. Artıq heyəti açıqlayıblar və sonrakı qarşıdakı oyunlara çağırılmağımız üçün əlimizdən gələni etməyə çalışacağıq.
Mehman SÜLEYMANOV
Nikosiya

0
0