Böyükağa Hacıyev: Gəlin, futbolu siyasətə qatmayaq - MÜSAHİBƏ
29.08.2012 - 20:56
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının Kiprə ezam olunmuş əməkdaşının məlumatına görə, Hacıyev Avroliqanın son təsnifat mərhələsində APOEL-lə səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Mətbuat konfransında azərbaycanlı mətbuat nümayəndələri və 1 yunan jurnalist iştirak edib. Tədbirin ən maraqlı anlarından biri həmin jurnalistin sonda verdiyi sual zamanı oldu.
- Bakıdakı oyunda şans rəqibin tərəfində oldu. İlk hissədə 3-4 yüz faizli qol imkanı qaçırdıq. Buna baxmayaraq, sonda hesabı açdıq və öz səhvimiz üzündən qol buraxdıq. Sabah bir-birinə layiqli 2 komanda oynayacaq. APOEL yaxşı komplektləşmiş komandadır, özünəməxsus oyun dəst-xətti var. Ancaq APOEL unutmamalıdır ki, “Neftçi”yə qarşı oynayacaq. Bir sözlə, sabah axşam kimin Avropada yolunu davam etdirəcəyi bilinəcək.
- APOEl-in baş məşqçisi “Neftçi”dən süpriz gözləmədiyini deyib. Buna münasibətiniz necədir?
- Ona çatdırmaq lazımdır ki, Azərbaycanda belə bir atalar sözü var: Arxı keçməmiş, hop demə. Mən Bakıdakı oyunda onun səsini eşitmədim. O, Avropa səviyyəli məşqçidirsə, rəqibə hörmət etməlidir.
- Cavab oyununda hücum futbolu oynayacaqsınız, yoxsa?
- Keçən dəfə də demişdim ki, heç vaxt müdafiədən oynamıram. İşim elədir ki, ya vurum, ya da sən vur. Sabah qapımızın toxunulmazlığını qorumaq şərtilə hücum futbolu oynayacağıq.
- Komandanızı buna fiziki cəhətdən hazır sayırsınız?
- “Neftçi” APOEL-lə ilk oyunda hansı sürətlə oynadığın göstərdi.
- Adətən böyük oyunların taleyini böyük futbolçular həll edir. Komandanızda belə tarixi oyunda belə futbolçular varmı?
- Kapitan Rəşad Sadiqov, Mahir Şükürov, gənc olmağına baxmayaraq, Cavid İmamverdiyev, Flaviyno, Ramos, Bertuççi var. Onların hamısı bu yükü daşımağa hazırdır.
- Komandada çatışmazlıq nədir?
- Komanda meydana, Avropa səviyyəli oyuna çıxırsa, hamı məsuliyyəti başa düşməlidir. Komandadan narazılığım yoxdur.
- APOEL-in 20 min azarkeşi olacaq. Bu, komandanıza pis təsir etməyəcək?
- 15 il futbol oynamışam. Bunlar mənim üçün yad deyil. Hakimin start fitindən sonra futbolçuların bütün fikri yalnız meydanda olur. Bu, mənim üçün əsasdır.
- Şansları necə sayırsınız?
- 50-nin 50-yə. Təəccüblənməyin, ola bilər ki, 70-in 30-a “Nerftçi”nin xeyrinə.
- Bertuççini ilk oyunda hücuma çox qoymurdunuz...
- Bu, mənim tapşırığım idi. Futbolda kənar müdafiəçi uzağı 3-4 dəfə irəli gedir, ancaq arxada diqqətli oynamalıdır. Ancaq bu dəfə ona başqa tapşırıqlar verəcəm.
- Heyətdə dəyişiklik gözlənilir?
- Bunu deyə bilmərəm. Bu, bizim daxilimizə qalsın. Kim güclüdür, o da udacaq.
- Sabahki oyuna çoxlu yunan azarkeşlər də gələcək...
- Biz bura Azərbaycandan gəlmişik. Bizim üçün Azərbaycan da, Türkiyə də doğmadır. Gəlin, futbolu siyasətə qatmayaq. Çalışacağıq ki, tamaşaçı oynadığımız futboldan həzz alsın. Qrup mərhələsinə düşüb, Azərbaycan futboluna tarix yazmaq istəyirik.
Mehman SÜLEYMANOV
Nikosiya

0
0