Əvvəl “Qaziantepspor”da, indi “Xəzər Lənkəran”da!
29.08.2012 - 23:01
Heyətini gücləndirməyə çalışan “Xəzər Lənkəran” “transfer pəncərə”sinin son günlərində növbəti transferini reallaşdırır. Bu haqda məlumatı apasport.az saytına klubun vitse-prezidenti Tuyqun Nadirov verib.
O bildirib ki, braziliyalı futbolçu Betonun keçidi artıq həll olunmaq üzrədir: “Beto ilə anlaşmışıq. Yalnız tibbi müayinədən keçməsi qalıb. Onunla 1 illik müqavilə imzalayacağıq. Lakin anlaşmaya əsasən, müqavilə sonradan artırıla da bilər”.
Tam adı Andre Roberto Soares da Silva olan Beto ləqəbli futbolçu daha çox Türkiyədəki çıxışları ilə tanınır. 31 yaşlı mərkəz hücumçusu 2008-ci ildən çıxış etdiyi qonşu ölkədə “Qaziantepspor”, “Bucaspor” və “Mersin İdman Yurdu”nun şərəfini qoruyub.
Nadirov deyib ki, Beto sonuncu transfer olmaya bilər. Belə ki, “Xəzər Lənkəran” daha 1 legioneri heyətinə qatmaq niyyətindədir.
Bu, 30 yaşlı rumıniyalı müdafiəçi Stefan Qriqoridir. Ölkəsinin yığmasında 2 oyun keçirən müdafiəçi “Universtatya”, “Politexnika”, Buxarest “Dinamo”sunda çıxış edib. Lakin son 5 ildə “Rapid”də oynayan Ştefanın keçidi baş tutmaya da bilər: “Onunla ilkin anlaşmamız var. Lakin transfer haqda danışmaq hələ tezdir. Çünki keçidin alınmaq ehtimalı 50 faizdir. Bu məsələyə yaxın günlərdə aydınlıq gələcək. Ola bilsin ki, alınmasın”.
Vüqar XEYRULLAYEV

0
0