“Neftçi” hazırlığını “GSM Stadium”da başa vurdu
29.08.2012 - 22:50
“Neftçi” hazırlığını “GSM Stadium”da başa vurdu
“Neftçi” Avroliqanın son təsnifat mərhələsində APOEL-lə cavab oyununa hazırlığını başa vurub. Apasport.az saytının Kiprə ezam olunmuş əməkdaşının məlumatına görə, təmsilçimiz bu gün yerli vaxtla saat 20:00-da (Bakı vaxtilə saat 22:00-da) Nikosiyada məşqə çıxıb. Bu, APOEL-lə sabahkı matçın keçiriləcəyi “GSP Stadium”da olub və hələ Bakıdan başlayan hazırlıq orada başa vurulub.

Baş məşqçi Böyükağa Hacıyev arenada keçirdiyi mətbuat konfransından sonra komandasını məşqə çıxarıb. Bunun ilk 15 dəqiqəsi ev sahibləri üçün açıq olub. Azərbaycandan gələn jurnalistlərin sona kimi izlədiyi məşq 1 saat keçib. İsinmə hərəkətləri ilə başlayan məşqdə futbolçular ardından toplu çalışmalara diqqət yetiriblər. Bu zaman cinahlardan ötürmələr üzərində də xüsusi işlənilib. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Qeyd edək ki ki, APOEL – “Neftçi” oyunu da Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.

Mehman SÜLEYMANOV
Nikosiya