“Güclərini dildə yox , meydanda göstərsinlər” – MÜSAHİBƏ
30.08.2012 - 09:00
Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanovun apasport.az saytının Kiprə ezam olunmuş əməkdaşına müsahibəsi
- Millinin məşqçisi avrokuboklarda qalan yeganə təmsilçisini – “Neftçi”nin APOEL-lə cavab oyununu izləmək üçün Kiprə gəlmisiniz. Cavab matçından nə gözləyirsiniz?
- Əlbəttə, “Neftçi” Bakıdakı ilk oyunda çox gözəl oynadı və qələbə istəyini aşkar göstərdi. Sadəcə, bəxtimiz gətirmədi ki, evdə top buraxdıq və matç 1:1 hesabı ilə nəticələndi. Futbol səhvlər üzərində qurulan oyundur. Gərək sən səhv buraxmayasan və rəqibin səhvindən istifadə edəsən. Nəticə bizi bir az qane etməsə də, ruhdan düşməyə dəyməz. Əgər evdəki oyunu səfərdə də göstərə biləcəyiksə, mənə elə gəlir ki, ümidləri doğruldarıq.
- Kiprdəki oyunda rəqibimizin güclü azarkeş dəstəyi olacaq ki, bu, da nəticəyə təsir göstərə bilər. Səfərdə istəyimizə nail olmaq üçün bir təcrübəli mütəxəssis kimi ilk növbədə nəyə diqqət yetirməyimizi tövsiyə edərdiniz?
- Düzdür, Kiprdə azarkeş dəstəyi güclü olsa da, Bakıda “Neftçi”nin tərəfdarları çox idi. Ancaq cavab matçında bizə qol vurmaq lazım olsa da, tələsmək lazım deyil. “Neftçi”nin təcrübəli baş məşqçisi Böyükağa Hacıyev öz tövsiyələrini verəcək, lazım olanları komandaya deyəcək. Mənə elə gəlir ki, çox da tələsməyərək, diqqətli oynamaq lazımdır. Rəqib belə səhvlərdən tez istifadə edə bilər.
- Qrup mərhələsinin kandarındayıq və qapını açıb, daxil olmağımız qalıb. “Neftçi” buna nail olsa, futbolumuzda ilkə imza ataraq, tarix yazacaq...
- Tamamilə doğrudur. “Neftçi” evdə qələbə istəyini göstərdi. Sadəcə, bəxt amilinə görə qalib gələ bilmədi. Mənə elə gəlir ki, komandamız həmin həvəslə, istəklə meydanda öz gücünü qoysa, sonda yaxşı olacaq.
- Razısınız ki, APOEL nə qədər güclü, təcrübəli rəqib olsa da, keçilməz deyil...
- Sizinlə tam razıyam. Çoxları elə fikirləşirdi ki, APOEL ötən mövsüm Çempionlar Liqasının iştirakçısı kimi çox güclüdür. Ancaq rəqibə sən nə qədər imkan versən, o qədər oynayacaq. Buna görə də imkan verməyib, diqqətli olmaq lazımdır.
- Sizin üçün bu oyun milli futbolçuları baxımından da önəmlidir və İsraillə Portuqaliya yığmaları ilə oyunlara çağırılan müdafiəçi Mahir Şükürovu izləyəcəksiniz. Bir müddət klubsuz qaldığından, yığmaya çağırılmayan Mahir APOEL-lə ilk oyundan sonra dəvət aldı. Onun hazırkı çıxışını necə qiymətləndirərdiniz?
- Millinin qapısı bütün futbolçular üçün açıqdır. Sadəcə, bunu meydançada göstərmək lazımdır. Bəli, hər oyundan sonra yığmanın baş məşqçisinə bütün futbolçular haqda məlumatlar mütləq çatdırılır. Mahir çox istəkli idi. Düzdür, oyunda bəzi səhvlər oldu. Bu da oyun praktikasının olmamağı ilə əlaqədar idi. Şükürov çoxdandır oynamırdı. Ancaq yavaş-yavaş formaya düşür. Mənə elə gəlir ki, Kiprdəki matçda da öz təcrübəsi ilə komandaya kömək edəcək və bundan sonra yığmanın düşərgəsinə gələcək.
- “Neftçi”nin milliyə namizəd futbolçular sizin bura gəldiyinizə görə daha yaxşı oynayıb, diqqətinizi cəlb etməlidir. Hər halda, siz baş məşqçi Berti Foqtsa futbolçuların çıxışı haqda məruzə edəndə, kitabçanıza qeyd etdiyiniz oyunçuları deyəcəksiniz...
- Biz onsuz da qeyd edirik. Sadəcə, futbolçular bunu dərk eləməlidir ki, millinin qapıları həmişə onların üzünə açıqdır. Sadəcə, istək, çalışmaq və bacarığını göstərmək lazımdır.
- Milli komandamız növbəti seçmə mərhələnin ilk oyunları hazırlıq məqsədilə bir araya gəlib. İsrail və Portuqaliya yığmaları ilə oyunlardan nə gözləyirsiniz?
- Bildiyiniz kimi, millimizin sentyabrın 7-də evdə mübarizəyə başlayır və İsraillə oynayacağıq. Mən inanıram ki, həmin oyunda anşlaq olacaq. Çünki yeni seçmə mərhələdə ilk oyundur, onu evdə keçiririk və üstəlik, Tofiq Bəhramov adına Respublika stadionunda yenidənqurma işlərindən sonra birinci matç olacaq. Millimizə ev oyunlarında həmişə böyük dəstək var. Azarkeşlərin bu dəstəyini doğrultmaq üçün futbolçular əllərindən gələni etməlidir. Bunun üçün onlar öz gücünü, ağlını, savadını dildə yox, meydançada göstərməlidirlər.
- Millinin futbolçularından olan, ancaq bu dəfə çağırılmayan Rail Məlikov az öncə Türkiyənin “Dənizlispor” klubuna keçdi. Yəqin ki, bu futbolçunu da diqqətdə saxlayıb, qayıdışını reallaşdıra bilərsiniz...
- Railin ölkə xaricində oynayacağına sevindik. Bizdə bütün futbolçular diqqət mərkəzindədir. İndi Məlikova zaman lazımdır. O, yığma karyerasında bir müddət fasilə verdi. Biz istərdik ki, futbolçularımız nəinki Türkiyənin I liqası, Superliqasında da, xaricdə daha da güclü çempionatlarda oynasınlar. Bununla da millimiz daha da güclü olsun.
- Railin gedişindən sonra “Neftçi”nin kapitanı Rəşad Sadiqov yenidən bir müddətdir yığmaya çağırılmır. Onun qayıdışı perspektivinə necə baxırsınız?
- Hər oyuna gəlib mən də baxıram, Berti Foqts da. Əlbəttə, futbolçular haqda bütün informasiyaları Foqtsa çatdırırıq. Əlbəttə, qərar baş məşqçinindir. İnşallah, gələcək oyunlarda dəvət ala bilər. Yığmaya çağırılmayan futbolçular ruhdan düşməməlidirlər. Əksinə, meydançada daha da əzmkar, istəkli, gözəgəlimli oyunlar nümayiş etdirmək lazımdır.
Mehman SÜLEYMANOV
Nikosiya

0
0