Superkubok “Real”ın oldu
30.08.2012 - 10:00
Madridin “Santyaqo Bernabeu” stadionunda İspaniya Superkubokunun cavab qarşılaşmasında “Real” “Barselona”nı qəbul edib. Apasport.az saytının məlumatına görə, növbəti “El klassiko” əvvəlcədən böyük həyəcan ilə gözlənilirdi. İlk oyunda doğma azarkeşlər önündə katalonlar madridlilərə 3:2 hesabı ilə qalib gəlmişdilər. Həmin oyunda “Barselona” rəqibi üzərində böyük üstünlüyə malik idi. Lakin, “blauranqa”nın yaratdığı qol imkanlarını sağa sola xərcləməsi və Valdesin son dəqiqələrdə ki, kobud səhvi “Barsa”nı Madridə cəmi bir top üstünlük ilə gəlməyi məcbur etmişdi.
İlk oyunda olduğu kimi yenə hesabı açan “Real” olub. Lakin bu dəfə madridlilər az keçməmiş 2-ci qolu da vurmağa müvəffəq olub. Bundan sonra “Barselona”nın gücü yalnız 1 qol vurmağa çatıb. Planetin 2 ən güclü futbolçusu Kriştianu Ronaldo və Lionel Messinin hər ikisinin qol vurduğu matçın nəticəsi elə ilk yarıda müəyyənləşib. Fasilədən sonra tərəflərin heç biri qol vura bilməyib.
Ümumi hesab 4:4 olsa da “Real” səfərdə daha çox qol vurması sayəsində Superkuboka yiyələnib. “Real” isə bu qələbə ilə əzəli rəqibi üzərində ümumi qələbələrin sayını görə irəli çıxdı 88:87. Beləliklə Joze Mourinyo Vilanova mübarizəsinin ilk hissə 1:1 başa çatsa da titulu portuqaliyalı qazandı.
İspaniya Superkuboku
“Real” – “Barselona” – 2:1
İquayn, 11, Ronaldo, 19 – Messi, 45
İlk oyun – 2:3

0
0