Gürcüstan yığması Qəbələdən qələbə ilə ayrılır
30.08.2012 - 11:53
15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız Gürcüstan yığması ilə ardıcıl 2-ci dəfə üz-üzə gəlib.
Qəbələdə keçirilən növbəti görüş gürcüstanlıların qələbəsi ilə başa çatıb. Matçda hesabı açan tərəf yığmamız olsa da, qonaqlar sonradan 2 qol vurmağı bacarıblar. Bununla da Gürcüstan millisi 2 gün əvvəlki məğlubiyyətin əvəzini çıxıb.
Qeyd edək ki, ilk oyunda millimiz 1:0 hesabı ilə qalib gəlmişdi.

0
0