Saşa Yunisoğlu: Bizim geriyə yolumuz yoxdur - MÜSAHİBƏ
30.08.2012 - 10:33
“Neftçi”nin futbolçusu Saşa Yunisoğlunun apasport.az saytının Kiprə ezam olunmuş əməkdaşına müsahibəsi
- APOEL-lə cavab oyunu haqda nə düşünürsünüz?
- Futbolçularımızın hamısı qələbəyə köklənib. Qarşıda duran məqsəd mərhələ keçməkdir. Hamı buna inanır və Kiprə böyük ümidlərlə gəlmişik. İnşallah, qalib gələrik.
- “Neftçi” evdə qalib gələ bilmədi. Bunu səfərdə reallaşdırmaq daha çətin olmayacaq?
- Geriyə yolumuz yoxdur. Nikosiyada Bakıdakından da yaxşı oynamağa məcburuq ki, nəticə qazanaq.
- Bundan əvvəl Çempionlar Liqasında “Hapoel”lə oyunda iştirak etdiniz. Həmin məğlubiyyətdən düzgün nəticə çıxardıb, yaxşı oyun göstərə bilərikmi?
- Əlbəttə. Həmin oyunu təhlil etdik, səhvlərimi gördük və inşallah, bunları təkrarlamayacağıq. Çox yaxşı motivasiyamız var. Hamımız bir olmalıyıq ki, nəticə qazanaq.
- İqor Mitreski bir müddət kənarda qalanda, əsas heyətdə yer aldınız. Sizcə, APOEL-lə cavab oyununda ilk dəqiqələrdən meydana çıxa bilərsiniz?
- Ümumiyyətlə, Mitreski elə bir futbolçudur ki, onun kimi təcrübəli ilə bir komandada olmağın özü yaxşıdır. Ondan çox şeylər öyrənə bilərəm və o, mənim üçün böyük örnəkdir. Şans düşsə, onunla əsas heyətdə bir yerdə oynamaq istəyirəm. Hazırda onunla müdafiənin mərkəzində çıxış edən Elvin Yunuszadə gəncdir və İqordan çox şey öyrənə bilər. Mən də şans qazansam, komanda üçün əlimdən gələni etməyə çalışacağam.
- Əsas heyətdə möhkəmlənməyiniz eyni zamanda milliyə qayıdışınıza imkan yaradacaq. Çünki siz Berti Foqtsun vaxtında mütəmadi çağırılsanız da, ötən ilin oktyabrında Avstriya ilə Bakıdakı rəsmi oyunda aldığınız qırmızı vərəqədən sonra dəvət almırsınız...
- Düzdür. Həmin qırmızı vərəqədən sonra millinin məşqçilər korpusu məndən bir az küsmüşdü. Yığmaya çağırılmağım özümdən asılıdır. Yığmaya daha çağırılmamağımla onunla əlaqələndirirəm ki, çox oynamıram. Gərək klubda oynayım ki, milliyə də çağırsınlar. Həmişə demişəm ki, yığmaya dəvət etsələr, canla-başla oynamağa hazıram. İnşallah, “Neftçi”də əsas heyətdə oynayıb, milli komandaya qayıtmağa çalışacağam. Düşünürəm ki, daim oynasam, millinin məşqçiləri məni dəvət edəcəklər. Əlbəttə, onlar məni yaxşı tanıyırlar. Mənim bu səviyyəyə çatmağımda Berti Foqtsun rəhbərliyi altında oynamağımın böyük rolu olub.
Mehman SÜLEYMANOV
Nikosiya

0
0