İrlandiya yenə yığmamıza “3” verdi – YENİLƏNİB
30.08.2012 - 16:57
İrlandiya yenə yığmamıza “3” verdi – YENİLƏNİB
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri İrlandiya yığmasını sınağa çəkib.

Ada ölkəsində təlim-məşq toplanışında olan millimiz üçün bu qarşılaşma revanş xarakteri daşısa da, rəqib bunun reallaşmasına imkan verməyib. 2 gün əvvəl meydan sahiblərinə 0:3 hesabı ilə uduzan futbolçularımız yenə qapılarından 3 qol buraxıblar. Lakin bu dəfə komandamız qollardan ikisinin cavabını verə bilib.

U-17-lərin yoldaşlıq oyunu
16:00. İrlandiya – Azərbaycan - 3:2