Pike: “Real” cəmi 20 dəqiqə futbol oynadı
30.08.2012 - 11:09
“Barselona”nın müdafiəçisi Xerard Pike “Real”la Superkubok matçından sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, o, Madrid təmsilçisinin cəmi 20 dəqiqə futbol oynadığını bildirib: “Rəqib evdə və səfərdə cəmi 20 dəqiqə futbol oynadı. Bu dəfə qələbə qazandılar. Amma biz hər iki oyunda dominantlıq etdik. Azlıqda oynamağımıza baxmayaraq, ikinci hissədə üstünlük bizdə idi. Təəssüf ki, imkanlarımızdan istifadə edə bilmədik. “Real”ı qələbə münasibətilə təbrik edirəm”.
Xatırladaq ki, 2 oyunun nəticəsinə əsasən “Barselona”ın üstələyən (2:1; 2:3) “Real” Superkuboka sahib çıxıb.
Xatırladaq ki, 2 oyunun nəticəsinə əsasən “Barselona”ın üstələyən (2:1; 2:3) “Real” Superkuboka sahib çıxıb.
0
0