“Azərbaycan futbolunun inkişafından xəbərimiz var”
30.08.2012 - 11:32
“Azərbaycan futbolunun inkişafından xəbərimiz var”
“Turnir cədvəlinin ilk pilləsində qərarlaşmışıq. Lakin Azərbaycan futbolunun inkişafından xəbərimiz var və bunu onlarla oyunda nəzərə almalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Stüart Pirs deyib.

O, Avro-2013-ün seçmə mərhələsinin sentyabrın 6-da Bakıda Azərbaycan yığması ilə keçiriləcək matç haqda da fikirlərini açıqlayıb: “Azərbaycan futbolçularının yayda keçirdiyi 2 oyunu izləmişəm. Onlar səfərdə İslandiyaya qalib gəldilər. Norveçdə isə sadəcə bəxtləri gətirmədi və uduzdular. Mən əminliklə deyirəm ki, Azərbaycan yığması artıra-artıra gedir. Lakin elə biz də onlar kimi irəli doğru gedirik”.