“Azərbaycanda əlimizdən gələni edəcəyik”
30.08.2012 - 12:47
“Gücümüz komandamızda ulduzun olmamasıdır. Hər birimiz komandaya nə isə veririk. Uğurumuzun da sirri budur”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Uruqvay yığmasının futbolçusu Yamilla Badell deyib.
Gənc hücumçu FİFA-nın rəsmi saytına müsahibəsində gələn ay Azərbaycanda start götürəcək dünya çempionatı haqda fikirlərini açıqlayıb: “Dünya çempionatında hamı böyük futbol izləyəcək. Biz də Azərbaycanda uğur əldə etmək üçün əlimizdən gələni edəcəyik. Sonra isə legioner həyatı yaşamaq istəyirəm. Xaricdə oynayıb futbolla nəfəs almaq arzum var. Bu idman növü mənim qanımdadır. Sonra isə bədən tərbiyəsi müəllimi olacağam”.

0
0