İsraillə oyuna bilet satışı davam edir
30.08.2012 - 16:07
İsraillə oyuna bilet satışı davam edir
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan ilk oyununu Tofiq Bəhramov adına Respublika stadionunda İsrail yığmasına qarşı keçirəcək. Apasport.az saytının verdiyi xəbərə görə, hal-hazırda millinin oyununa bilet satışı davam edir. Biletləri stadionun kassalarından, həmçinin Park Bulvar Alış-Veriş Mərkəzi və Metro Park Ticarət və Əyləncə Mərkəzində fəaliyyət göstərən satış məntəqələrindən əldə etmək mümkündür.

Mənbə: affa.az