Monakoda 15-ci super gecə
30.08.2012 - 17:22
Monakoda 15-ci super gecə
Sabah UEFA Superkuboku uğrunda növbəti oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, 1972-ci ildə təsis olunan mükafat uğrunda Çempionlar Liqasının son qalibi “Çelsi” ilə Avropa Liqasında zəfər çalmış “Atletiko” mübarizə aparacaq.

38-ci dəfə keçirilən yarışın qalibi 15-ci dəfə Monakoda müəyyənləşəcək. “Stad Lui II” arenasında baş tutacaq yubiley görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Sloveniyalı hakim Damir Skominanın idarə etdiyi qarşılaşma həm İngiltərə, həm də İspaniya təmsilçisi üçün bu yarışda 2-ci sınaq olacaq. Özü də “Çelsi” Monakoda Superkubok qazanan ilk komanda kimi tarixə düşüb. 1998-ci ildə İspaniya nəhəngi “Real”la görüşən London təmsilçisi 1 cavabsız qolla qalib gəlmişdi. “Atletiko” isə 2 il əvvəl İtaliya “İnter”ini Monakodan məğlub yola salıb – 2:0.

Superkubokdakı yeganə cəhdlərində qalib gələn rəqiblərin bu dəfəki qələbəsi yubiley xarakteri daşıyacaq. “Atletiko” sevinəcəyi halda Superkubok 10-cu dəfə İspaniyaya yollanacaq və bununla da İtaliya ilə ortaq rekord (9 dəfə) yenilənəcək. “Çelsi” isə Çempionlar Liqasının qalibinin nüfuzunu qoruyarsa bu, 20-ci belə hal olacaq. Londonlular həm də ispan hegemonluğuna son qoymağa çalışacaq. Belə ki, son 3 ildə pireneylilər mükafatın qalibi olmaqla rekord müəllifi olub. 4-cü dəfə yarımada təmsilçisi sevinəcəyi halda onlar öz rekordlarını yeniləmiş olacaq.

Superkubokun bütün qalibləri
1972. Ayaks (Hollandiya)
1973. Ayaks (Hollandiya)
1975. Dinamo (Kiyev, SSRİ)
1976. Anderlext (Belçika)
1977. Liverpul (İngiltərə)
1978. Anderlext (Belçika)
1979. Nottingem Forest (İngiltərə)
1980. Valensiya (İspaniya)
1982. Aston Villa (İngiltərə)
1983. Aberdin (Şotlandiya)
1984. Yuventus (İtaliya)
1986. Styaua (Rumıniya)
1987. Porto (Portuqaliya)
1988. Mexelen (Belçika)
1989. Milan (İtaliya)
1990. Milan (İtaliya)
1991. Mançester Yunayted (İngiltərə)
1992. Barselona (İspaniya)
1993. Parma (İtaliya)
1994. Milan (İtaliya)
1995. Ayaks (Hollandiya)
1996. Yuventus (İtaliya)
1997. Barselona (İspaniya)
1998. Çelsi (İngiltərə)
1999. Latsio (İtaliya)
2000. Qalatasaray (Türkiyə)
2001. Liverpul (İngiltərə)
2002. Real (Madrid, İspaniya)
2003. Milan (İtaliya)
2004. Valensiya (İspaniya)
2005. Liverpul (İngiltərə)
2006. Sevilya (İspaniya)
2007. Milan (İtaliya)
2008. Zenit (Rusiya)
2009. Barselona (İspaniya)
2010. Atletiko (İspaniya)
2011. Barselona (İspaniya)