Cavid Hüseynov klub prezidenti ilə görüşdü
30.08.2012 - 17:51
Cavid Hüseynov klub prezidenti ilə görüşdü
Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynovun şərəfini qoruduğu Türkiyənin “Adanadəmirspor” klubu növbəti oyunun hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, PTT I Liqanın II turunun “Çaykur Rizəspor”la qarşılaşmasının hazırlıqları ərəfəsində tədbir keçirilib. Belə ki, məşq öncəsi başda klub prezidenti Öndər Sərin olmaqla rəhbərlik futbolçuları ziyarət edib. Məşqdən əvvəl oyunçularla görüşüb qurban kəsən rəhbərlik dualar oxutdurub.