Azərbaycanda qol vurdu, karyerasını bitirə bilmədi
30.08.2012 - 18:18
Azərbaycanda qol vurdu, karyerasını bitirə bilmədi
“Futbolçu karyeramı bitirməyə qərar vermişdim. Artıq məşqçi olmaq niyyətində idim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin keçmiş oyunçusu Tyaqu Enrike da Silva deyib.

Braziliyalı futbolçu vətənində C seriyasında çıxış edən “Luverdens” klubu ilə müqavilə bağlayıb. Təqdimat mərasimində Tyaqu karyerası haqda maraqlı açıqlama verib: “İndi də özümü futbolçu yox, oynayan məşqçi sayıram. Komandanın mənə ehtiyacı olduğundan yenidən meydana qayıtmağa razı oldum. Bu üzdən də “Luverdens”də oyunçu çatışmazlığını aradan qaldırmağa xidmət edəcəm”.

Qeyd edək ki, Tyaqu isə 2008/09 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edib. O, ölkə çempionatında 11 matçda 1 qol vurub.