İnyesta Avropanın ən yaxşı futbolçusudur
30.08.2012 - 21:00
İnyesta Avropanın ən yaxşı futbolçusudur
Bu gün Monakoda Avropanın ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, rəsmən “UEFA Best Player in Europe” adlanan mükafata olan 3 namizəddən ən yaxşısı müəyyənləşib.

Namizədlər ötən il “Avropanın ən yaxşısı” seçilən argentinalı Lionel Messi, onun “Barselona”dakı komanda yoldaşı ispan Andres İnyesta və “Real”ın portuqaliyalı lideri Kriştianu Ronaldo idi.

2011/12 mövsümünün ən yaxşı futbolçusu UEFA-nın ESM (Avropa İdman Mediası) ilə birlikdə keçirdiyi sorğunun 2-ci mərhələsinin nəticələrinə görə ən yaxşısı adını İnyesta qazanıb.

Qeyd edək ki, səsvermənin həlledici mərhələsi bu gün Monakodakı “Grimaldi Forum” sarayında Çempionlar Liqası qrup yarışının püşkatması zamanı keçirilib.