Böyükağa Hacıyev: Bu, bütün Azərbaycanın qələbəsidir
30.08.2012 - 23:15
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Kiprdəki tarixi qələbədən sonra mətbuat konfransı keçirdi. Apasport.az saytının Kiprə ezam olunmuş əməkdaşının məlumatına görə, Hacıyev ilk olaraq matç haqda fikirlərini açıqlayıb.
- Əvvəla hamınızı salamlayır və qələbə münasibətilə təbrik edirəım. Yaddan çıxartmayın ki, bu tarixi qələbəni, komandamla yanaşı, siz jurnalistlər yazdınız. Biz vaxtilə “Millenum” stadionunda meydana komanda çıxarmışıq. Mən dedim ki, oyunun gedişində yerli azarkeşlərin bizə dəstək verməyə çalışacağını demişdim. Son 10 dəqiqədə bizim arxamızda sektor bizi dəstəkləyirdi.
- Azərbaycandakı azarkeşləri sözünüz...
- Bütün Azərbaycanı təbrik edirəm və bağrıma basıram. Bildiyimə görə, Bakıda böyük coşğu var. Özümə nə arzulayıramsa, hamıya da onu arzulayıram. Bu, bütün Azərbaycanın qələbəsidir.
- Oyun başlamamış qapılardan birinə yaxınlaşdınız. Bunun səbəbini izah edərsiniz?
- Məni izləmişiniszə, hansı stadionda oluramsa, bir qapıdan o birinə kimi gedirəm və Allahdan niyyətimi istəyirəm.
- Həlledici an hansı oldu?
- İkinci qolda qələbəyə tam inandım.
Mehman SÜLEYMANOV
Nikosiya

0
0