“Neftçi” Çempionlar Liqasının qalibinə qarşı
31.08.2012 - 15:45
“Neftçi” Çempionlar Liqasının qalibinə qarşı
Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, ölkəmizi ilk dəfə avrokubokların əsas mərhələsində təmsil edəcək “Neftçi”nin də rəqibləri müəyyənləşib.

H qrupuna düşən “Neftçi”nin bəxtinə I səbətdən İtaliyanın “İnter” klubu çıxıb. 2009/10 mövsümündə Çempionlar Liqasının qalibi olmuş Milan təmsilçisi ilə yanaşı, Rusiyanın “Rubin” və Serbiyanın “Partizan” klubları da “ağ-qaralar”a rəqib olub.

Bir neçə il əvvəl Çempionlar Liqasında Bakının “İnter” klubunu mübarizədən kənarlaşdıran “Partizan”dan fərqli, digər 2 komanda ilk dəfə Azərbaycan təmsilçisi ilə qarşılaşacaq.

A qrupu
"Liverpul" (İngiltərə)
"Udineze" (İtaliya)
"Yanq Boys" (İsveçrə)
"Anji" (Rusiya)

B qrupu
"Atletiko" (Madrid, İspaniya)
"Hapoel" (Təl-Əviv, İsrail)
"Viktoriya" (Çexiya
"Akademika" (Portuqaliya)

C qrupu
"Marsel" (Fransa)
"Fənərbaxça" (Türkiyə)
"Borussiya" (Mönhenqladbax, Almaniya)
AEL (Kipr)

D qrupu
"Bordo" (Fransa)
"Brügge" (Belçika)
"Nyukasl" (İngiltərə)
"Maritimo" (Portuqaliya)

E qrupu
"Ştutqart" (Almaniya)
"Kopenhagen" (Danimarka)
"Styaua" (Rumıniya)
"Molde" (Norveç)

F qrupu
PSV (Hollandiya)
"Napoli" (İtaliya)
"Dnepr" (Ukrayna)
AİK (İsveç)

G qrupu
"Sportinq" (Portuqaliya)
"Bazel" (İsveçrə)
"Genk" (Belçika)
"Videoton" (Macarıstan)

H qrupu
"İnter" (İtaliya)
"Rubin" (Rusiya)
"Partizan" (Serbiya)
"Neftçi" (AZƏRBAYCAN)

İ qrupu
"Lion" (Fransa)
"Atletik" (Bilbao, İspaniya)
"Sparta" (Çexiya)
"Hapoel" (Kiryat Şmona, İsrail)

J qrupu
"Tottenhem" (İngiltərə)
"Panatinaikos" (Yunanıstan)
"Latsio" (İtaliya)
"Maribor" (Sloveniya)

K qrupu
"Bayer" (Leverkuzen, Almaniya)
"Metallist" (Ukrayna)
"Rusenborq" (Norveç)
"Rapid" (Avstriya)

L qrupu
"Tvente" (Hollandiya)
"Hannover" (Almaniya)
"Levante" (İspaniya)
"Helsinborq" (İsveç)