“Rəqib müdafiədə buraxdığımız səhvlərdən maksimum istifadə etdi”
31.08.2012 - 08:47
“Gərgin və sürətli oyun oldu. İlk oyunla müqayisədə uşaqlar bu dəfə daha yaxşı təsir bağışladılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz həsəniv deyib.
O, İrlandiya yığması ilə 2-ci yoxlama oyunundakı 2:3 hesablı məğlubiyyət haqda fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: “İrlandiya yığması müdafiədə buraxdığımız səhvlərdən maksimum istifadə etdi. İkinci hissəni hücumda keçirsək də, hesabı bərabərləşdirmək üçün əldə etdiyimiz imkanlardan yararlana bilmədik”.

0
0