İlk sınaq “Lokomotiv”ə qarşı
31.08.2012 - 10:26
"Simurq"un Gürcüstandakı təlim-məşq toplanışı davam edir. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi hazırlığın 2-ci günündə 2 məşqə çıxıb. Səhər baş tutan hazırlıqda əsasən fiziki hazırlığının artırılması üzrə tapşırıqlar yerinə yetirilib.
“Sarı-qaralar”ın axşam məşqi isə taktiki ağırlıqlı olub. Qısa isinmə hərəkətlərindən sonra Georgi Çixradzenin yetirmələri qısa ötürmələr üzərində çalışıb. Sonda isə ikitərəfli oyunla bu günlük hazırlıq tamamlanıb.
Qeyd edək ki, “Simurq” bu gün də 2 məşqə çıxacaq. Sentyabrın 1-də isə əyalət klubu qonşu ölkədə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşündə gücünü sınayacaq. “Sarı-qaralar”ın rəqibi Tiflisin "Lokomotiv" klubu olacaq. Qarşılaşma 18:00-da başlayacaq.

0
0