Heç kim bizi keçə bilməz!
31.08.2012 - 10:28
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümünün Çempionlar və Avropa Liqasının IV təsnifat mərhələsinin cavab oyunlarında bəzi ölkələr xal hesablarını dəyişə bilib.
Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına növbəti 0,250 xalı yazıb. Bu, “Neftçi”nin Kipr təmsilçisi APOEL üzərində səfər qələbəsi qazanması sayəsində mümkün olub.
3:1 hesablı qələbə ilə cari mövsüm qazanılan xallarımızın sayı rekord həddə - 2,250-yə çatıb. Bu da 2 il əvvəlki rekorddan 0,250 xal çoxdur.
Cari mövsüm toplanan xalların ən böyük hissəsi – 0,875-i “Neftçi”nin, 0,750-si “İnter”ın payına düşür. “Ağ-qaralar” məhz Kiprdəki zəfər sayəsində “bankirlər”i arxada qoyub. Digər 0,500 xal “Xəzər Lənkəran”ın, 0,125-i isə “Bakı”nın hesabındadır.
“Neftçi”nin qələbəsi sayəsində son 5 ilə əsasən özümüz üçün rekord - 7,791 xal yığmağa imkan verib. Bunun da sayəsində Azərbaycan şərik olduğu Moldovanı arxada qoyub.
Artıq 34-cü yerin yeganə sahibi olan ölkəmiz qrupda təmsil olunan ölkələr arasında sonuncu yerdədir. Bu isə o deməkdir ki, arxada qalan ölkələrdən heç biri Azərbaycanı keçə bilməyəcək. “Neftçi”nin növbəti xalları hesabına isə daha da irəliləmək mümkündür.
UEFA reytinqinin 4-cü onluğu

yer | Ölkə | reytinq | Qalıb/klub |
31 | Sloveniya | 8,958 | 1/4 |
32 | Finlandiya | 8,508 | 0/5 |
33 | Bosniya-Herseqovina | 7,833 | 0/4 |
34 | Azərbaycan | 7,791 | 1/4 |
35 | Moldova | 7,666 | 0/4 |
36 | İrlandiya | 7,375 | 0/4 |
37 | Litva | 6,500 | 0/4 |
38 | Qazaxıstan | 5,958 | 0/4 |
39 | Latviya | 5,791 | 0/4 |
40 | İslandiya | 5,416 | 0/4 |
0
0