“Barselona” baş məşqçisiz qalacaq
31.08.2012 - 10:39
“Barselona” baş məşqçisiz qalacaq
"Barselona"nın baş məşqçisi Tito Vilanova 2 oyunluq diskvalifikasiya olunub. Apasport.az saytının xəbərinə görə, buna səbəb onun primeranın II turunun "Osasuna" ilə qarşılaşmasında hakimlərlə mübahisə etdiyinə görə texniki zonadan qovulmasıdı.

Lakin "Barselona" bu qərardan apellyasiya verib, hələ cavab almadığından Vilanova İspaniya superkubokunun Madrid "Real"ı ilə keçirilən cavab matçında komandanın "sükanı arxasında" olub. 42 yaşlı mütəxəssis primeranın sentyabrın 2-də "Valensiya", 16-da isə "Xetafe" ilə görüşlərini kənardan izləyəcək.