Premyer Liqa iflic oldu: “Neftçi”nin 2 oyunu yenə təxirə salınır
31.08.2012 - 11:28
Azərbaycan Premyer Liqasının IV turunun AZAL – “Neftçi” oyununun bəxti açılmır. Apasport.az saytının məlumatına görə, təqvim üzrə avqustun 25-də keçirilməli olan, amma sonradan PFL tərəfindən bir gün ertələnən matç oktyabrın 23-nə təyin olunmuşdu.
Amma Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün “Neftçi”nin həmin oyunu yenə baş tutmayacaq. Belə ki, “ağ-qaralar” oktyabrın 25-də avroliqada III turun oyununa çıxmalıdılar. Onların 2 gün əvvəl AZAL-la oynaması isə mümkünsüz görünür.
Bundan başqa, I turun “Bakı” ilə görüşü yenidən təxirə salınacaq. Həmin matç sentyabrın 20-nə - qrup mərhələsinin ilkin turuna təyin olunub. Bu isə o deməkdir ki, “Neftçi”nin təxirə salınan hər 2 oyunu yenidən baş tutmayacaq.
Hələ bu azmış kimi, digər qarşılaşmaların da təxirə salınacağını gözləmək olar.

0
0