Milli komandamızın heyəti açıqlandı
31.08.2012 - 12:35
Milli komandamızın heyəti açıqlandı
15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Nikolay Adam sentyabrın 2-dən 12-ə qədər Ukraynanın Donetskdə keçiriləcək toplanışa 18 oyunçu çağırıb.

Bunlar Tural Osmanov, Sərxan Əhmədli, Rövlan Muradov (hamısı "Neftçi"), Yusif Cəfərov, Kamran Əliyev, Elçin Tağıyev, Əmrah Bayramov (hamısı "Bakı"), Kamil Akimov, Nihad Tamazov (hər ikisi "Qarabağ"), Fərid Əsədli, Baxşəli Baxşəliyev, Azər İsmayılov, Kənan Rəfiyev, Sahil Zeynalov, Elvin Dəmirov (hamısı "Qəbələ"), Qara Qarayev ("Əlincə"), Yusif Yaqubzadə (Tambov Futbol Akademiyası, Rusiya) və Murtazəli Abakarovdur ("Anji", Rusiya).

Mənbə: affa.az