UEFA Superkuboku Madridə getdi
01.09.2012 - 00:35
UEFA Superkuboku Madridə getdi
“Atletiko” Avropanın ən güclüsü adını qazanıb. Apasport.az saytının xəbərinə görə, İspaniya təmsilçisi buna Londonun “Çelsi” klubunu məğlub etməklə nail olub.

Monakoda qitə klub turnirlərinin qalibləri - Çempionlar Liqasını qazanan “Çelsi” ilə Avropa Liqasında zəfər çalmış “Atletiko” arasındakı Superkubok matçı məhsuldar alınıb.

Qarşılaşmadan öncə şanslar bərabər dəyərləndirilsə də, oyun sürpriz nəticə ilə yekunlaşıb. Hər halda, 1:4 hesabı ilə uduzan “zadəganlar”ın bu oyunda darmadağınla üzləşəcəyini proqnozlaşdırmaq çətin idi.

5 qolun vurulduğu oyunun qəhrəmanı isə Radamel Falkao olub. İlk hissədəcə het-trikə imza atan uruqvaylı legioner komandasına tarixində ikinci dəfə Superkuboku qazanmasına öz töhfəsini verib.

Qeyd edək ki, Madrid təmsilçisi 2010-cu ildə də Superkuboka sahib çıxmışdı.


UEFA Superkuboku

“Çelsi” (İngiltərə) – “Atletiko” (İspaniya) - 1:4
Keyhl, 74 - Falkao, 7; 19; 45; Miranda, 61
Hakim: Damir Skomina (Sloveniya)
Monako. “Stad Lui II” stadionu