160 min dollar + 50 min avro = Bədavi Hüseynov
31.08.2012 - 13:52
“Qarabağ” “transfer pəncərəsi”nin bağlanmasına bir gün qalmış heyətinə yeni futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi gənclər yığmamızın da üzvü olan Bədavi Hüseynovu sıralarına qatıb.
Futbolçu ilə 3 illik müqavilə bağlanılıb. Müqavilənin maliyyə tərəfi gizli saxlanılsa da, apasport.az saytı anlaşmanın detallarını öyrənə bilib.
Belə ki, “Qarabağ” futbolçunun ilinə 160 min dollar, menecerinə isə 50 min avro verəcək.
Hüseynov bundan öncə “Anji” klubunun əvəzedici heyətində oynayıb. Düzdür, rusiyalı legioner 2011/12 mövsümündə Premyer Liqamızda “Sumqayıt”ın şərəfini qoruyub. Lakin “Gənclik şəhəri” təmsilçisində icarədə olan Bədavi çempionat başa çatdıqdan sonra yenidən müqavilə ilə məxsus olduğu Dağıstan klubuna qayıtmışdı.
İndi də Hüseynovu Azərbaycana “Qarabağ” gətirir. Özü də böyük para qarşılığında.
Düzdür, Hüseynov gəncdir, 21 yaşı var, perspektiv vəd edir, amma ona görə bu qədər pul ödəmək.... Hər halda, bu pula dəyəcək futbolçu olsaydı, “Anji” onu əsas heyətə cəlb edərdi.
Yoxsa, ağdamlılar Quus Hiddinkin bu futbolçuda görə bilmədiyi istedadı görüblər.
Burda əsas anlaşılmaz məqam menecerə veriləcək məbləğdir. Ona niyə bu qədər pul?
Daha bir anlaşılmazlıq Bədavinin müdafiəçi olması ilə bağlıdır. Görəsən, “Qarabağ”a belə bahalı müdafiəçi nəyə lazım idi?
Hər halda, Ağdam klubunun müdafiə xətti kifayət qədər güclüdür və Hüseynovun burda əsas heyətə düşmək şansı azdı. Belədə “Qarabağ”ın sonuncu transferini havaya sovrulmuş pullar kimi də qiymətləndirmək olar.

0
0