“Qarabağ” keçidimdə çoxdan maraqlı idi”
31.08.2012 - 14:21
“Qarabağ” keçidimdə çoxdan maraqlı idi”
“Bilirdim ki, “Qarabağ” keçidimdə çoxdan maraqlıdır. Qurban Qurbanovla bu barədə söhbətimiz olmuşdu. Məni komandasında görmək istədiyini bildirmişdi”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yeni transferi Bədəvi Hüseynov deyib.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin şərəfini qoruyan müdafiəçi Ağdam təmsilçisinin rəsmi saytına verdiyi açıqlamasında bildirib ki, komandada mövqeyində ciddi rəqabət olduğundan xəbərdardır və şansını gözləyəcək: “Qarabağ” Azərbaycanın ən güclü klublarından biridir. Daim yüksək yerlər uğrunda mübarizə aparır. Bilirəm ki, burda məni güclü rəqabət gözləyir. “Qarabağ”ın müdafiə xətti olduqca güclüdür. Milli futbolçularından qurulub. Amma mən də hara gəldiyimi yaxşı bilirəm. Öz üzərimdə daim çalışıb şansımı gözləyəcəm”.