Saşa Stamenkoviç: Mən hakimə demədim ki, oyunu dayandır - MÜSAHİBƏ
31.08.2012 - 15:33
Avroliqanın qrup mərhələsinə düşən “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviçin apasport.az saytının Kiprə ezam olunmuş əməkdaşına müsahibəsi
- Tarixi qələbədə əsas əməyi olanlardan biri siz idiniz. Təəssüratlarınız necədir?
- Mən qələbə münasibətilə komandamızı, azarkeşləri, Azərbaycan xalqını, sizləri təbrik edirəm. Bu, tarixi qələbədir. Çünki “Neftçi” avrokuboklara düşən ilk Azərbaycan klubu oldu.
- Bu uğuru nəyin nəticəsi sayırsınız?
- Biz bura çəkdiyimiz zəhmətin nəticəsi olaraq gəlib çıxdıq. Əvvəldən inanırdıq ki, qalib gələ bilərik. Uğur bizim tərəfimizdə oldu. Futbolçular meydanda maksimum güclərini qoydular və bizə lazım olan qələbəni qazandıq.
- Nə vaxt qələbəyə daha çox inandınız?
- Bütün futbolçular qələbəyə inanırdı. Mən ilk dəqiqələrdən sona qələbəyə böyük inam bəsləyirdim. APOEL yaxşı komandadır. Ancaq biz Bakıda da onlara qarşı yaxşı oynamışdıq. Sadəcə, onda bəxtimiz gətirmədiyindən, qalib gələ bilməmişdik. Ancaq bu dəfə layiq olduğumuz qələbəni əldən etdik. Təsadüfi deyil ki, belə bir təcrübəli rəqibə onun meydanında 3 qol vurduq.
- Şəxsən sizə meydanda 90 dəqiqədə daha çətin idi. Söhbət təkcə rəqibin aramsız hücumlarından yox, azarkeşlərin təzyiqindən, meydana fişəng atmalarından gedir...
- Ümumiyyətlə, mən fanatları sevirəm. Hər halda, futbolu azarkeşlərə görə oynayırlar. Sadəcə, kiprli azarkeşlər çox çılğın idilər.
- “Neftçi”yə gəldiyiniz “Srvena Zvezda”, onun əzəli rəqibi “Partizan”ın azarkeşləri də belə çılğındırlar. Bir anlıq Serbiyadakı oyunlar yadınıza düşdümü?
- “Srvena Zvezda”dan sonra ilk dəfədir belə atmosferi gördüm. Mən azarkeşlərə görə oyunun dayanmağını istəməzdim.
- Bir epizodda dözməyərək, hakimin yanına tərəf qaçaraq, narazılığınızı bildirdiniz...
- Mən hakimə demədim ki, oyunu dayandır. Sadəcə, meydançaya atılanlar haqda məlumat verdim. O da mənə bildirdi ki, bir daha belə hal olarsa, mənə de, matçı dayandıra bilərəm.
- Artıq sizi daha çətin sınaq gözləyir. Avroliqada qrup mərhələsinin iştirakçısı olacaq, çox güclü rəqiblərlə bir qrupa düşəcəksiniz...
- Belə turnirdə oynayacağımızla fəxr edirik. Biz orada bütün Azərbaycanı təmsil edəcəyik. Çalışacağıq ki, layiqincə çıxış edəcək. Rəqiblərə gəlincə, püşk bizdən asılı deyil. Kim düşübsə, onunla da oynayacağıq. Avropanın aparıcı klubları ilə oynamaq bizim üçün yaxşı təcrübədir.
Mehman SÜLEYMANOV

0
0